Belarusun “Sozvuçie” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Aşıq Ələsgərin rus dilinə tərcümə edilmiş şeirlərinə və yaradıcılığı haqqında məlumata yer ayırıb.

Aşıq Ələsgərin şeirləri klassik Azərbaycan poeziyasının təbliği üçün xüsusi olaraq yaradılmış “Xalq müdrikliyinin aynası” bölməsində təqdim olunub.

Şeirlərin rus dilinə tərcümə müəllifi Vladimir Qafarovdur.

Keçid linki: http://sozvuchie.by/poeziya/zerkalo-narodnoj-mudrosti-poeziya-azerbajdzhana-ashyg-alesker-almamed.html