Qarşıdan gələn Ramazan ayı ilə bağlı Türkiyədə fəaliyyət göstərən hotel və mehmanxanalar turistlər üçün xüsusi qiymət təklifləri hazırlayır. Türkiyə mətbuatının yazdığına görə, bu il Ramazan ayının turizm mövsümü ilə üst-üstə düşməsi (avqust) səbəbindən hotellər bu ayda qiymətlərdə əhəmiyyətli dərəcədə endirim edəcək. Belə ki, bir çox mehmanxanalar turistləri cəlb etmək məqsədilə qiymətlərində 70% güzəşt etməyi nəzərdə tutur. Məsələn, bir sıra hotellərdə iyul ayının 1-dən avqust ayının 6-dək 1 nəfər üçün hotelin nömrəsi 170 lirə təşkil edirsə, Ramazan ayı müddətində 40 lirəyə endiriləcək.
Fəxriyyə