Azərbaycan Dövlət Film Fondunun əməkdaşlarının səyi nəticəsində xaricdə yaşayan soydaşlarımızın şəxsi arxivindən iki film fonda təqdim edilib.

Dövlət Film Fondundan bildirilib ki, ekran əsərləri Xalq artisti Eldar Quliyevin 60-cı illərdə Ümumittifaq Kinematoqrafiya İnstitutunda çəkdiyi qısametrajlı “Gözləmə vaxtı” filmi və rejissor Teymur Bəkirzadənin “Cənub buxtası” sənədli kinoreportajıdır.

Kinoreportaj rejissor Eldar Quliyevin “Sevinc buxtası” bədii filminin (1977) çəkiliş prosesi haqqındadır və “Soyuzinformkino” Ümumittifaq Birliyinin sifarişi ilə lentə alınıb.

Hər iki ekran əsəri 35 mm-lik kino lentində təhvil alınıb.