Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani ilə görüşüb.

Görüşdə iki ölkə arasında mədəniyyət, idman və gənclərlə iş strukturları arasında əməkdaşlığın inkişaf perspektivləri diqqət mərkəzində olub.

Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Bununla əlaqədar qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb. Eyni zamanda Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun bu ilin iyununda Gürcüstana nəzərdə tutulan səfəri barədə müzakirə aparılıb.