Ulu öndər Heydər Əliyevin doğum günü hər il ölkəmizin mədəniyyət ocaqlarında qeyd olunur. Ümummilli liderin anadan olmasının 98-ci ildönümü mövcud pandemiya şəraiti nəzərə alınmaqla müxtəlif tədbirlər, o cümlədən virtual sərgilər, müsabiqələr, təqdimatlar keçirilir.

Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir rayon Heydər Əliyev Mərkəzi və rayonun Çöhranlı kənd orta məktəbinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Beyləqan rayon Heydər Əliyev Mərkəzi YAP rayon təşkilatı Gənclər birliyi ilə videokonfrans təşkil edib. İmişli rayon Mədəniyyət Mərkəzində “Əbədiyyət yolu” adlı sənədli film nümayiş olunub.

***

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq musiqi məktəbində onlayn konsert proqramı keçirilib. Ağdaş rayon MKS “Heydər Əliyev: mədəniyyətimizin hamisi” mövzusunda videokonfrans təşkil edib.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan xalqı Heydər Əliyev ideyalarından, Heydər Əliyev dühasından əbədi bəhrələnəcək” mövzusunda videokonfrans keçirilib. Rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Gənc Heydər Əliyevçilər məktəbi”nin şagirdləri üçün növbəti onlayn məşğələ təşkil olunub.

***

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Heydər Əliyev Mərkəzi, Tərtər rayon Mədəniyyət Mərkəzinin filialları, rayon MKS-nin kənd kitabxana filialları və Yevlax Şəhər Tarix-Diyarşünaslıq Muzeyi videoçarxlar hazırlayıblar.

***

Lənkəran Regional Mədəniyyət İdarəsi Astara rayon Heydər Əliyev Mərkəzi və Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev ürəklərdə yaşayacaq” mövzusunda onlayn tarix dərsi keçirilib.

***

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində məktəblilər arasında “Heydər Əliyev və bütöv Azərbaycan” adlı bədii qiraət və şeir müsabiqəsi keçirilib. Rayon Heydər Əliyev Mərkəzi və N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və gerçəkləşən müqəddəs arzu” adlı tədbir keçirilib.

Ağdam rayon Heydər Əliyev Mərkəzində ulu öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir təşkil edilib.

***

İsmayıllı Regional Mədəniyyət İdarəsi Şamaxı şəhər Heydər Əliyev Mərkəzi və YAP rayon təşkilatı Gənclər birliyinin birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycan Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı abidədir” mövzulu, Şamaxı şəhər Heydər Əliyev Mərkəzi və YAP Şamaxı rayon Gənclər birliyinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğində Heydər Əliyevin rolu” adlı videokonfranslar  gerçəkləşib.

***

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Ömrünü xalqına həsr edən dahi lider” mövzusunda tədbir keçirilib. R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi “Heydər Əliyevin dövlətçilik irsi milli sərvətimizdir” mövzusunda onlayn tədbir təşkil edib. Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları üçün “Dahi şəxsiyyət” sənədli filmi nümayiş olunub.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa və Tovuz rayon Heydər Əliyev mərkəzlərində ümummilli liderin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar “açıq qapı” günləri keçirilir. Ağstafa rayon Heydər Əliyev Mərkəzi “Müstəqil Azərbaycanın memarı” mövzusunda videokonfrans təşkil edib.

Qazax Rayon İcra Hakimiyyəti və Qazax rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Əbədiyaşarlıq zirvəsini fəth etmiş siyasi lider” mövzusunda videokonfrans gerçəkləşib. Qazax rayon MKS isə “Heydər Əliyev: uşaqların böyük dostu” adlı onlayn mütaliə saatı təşkil edib.