Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax Dövlət Rəsm Qalereyasında 5 may – Xalçaçı günü ilə bağlı dərnək üzvlərinin əl işlərindən ibarət “Ənənələrin izi ilə” adlı sərgi təşkil olunub.

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdləri Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən onlayn musiqi festivalında 2-ci və 3-cü dərəcəli diplomlara layiq görülüblər.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Kürdəmir Dövlət Rəsm Qalereyası və rayon MKS-nin fəaliyyəti ilə maraqlanıb.

Sumqayıt Regional Mədəniyyət İdarəsi Xızı rayon Heydər Əliyev Mərkəzində 15 may - “Beynəlxalq ailə günü”nə həsr olunan dəyirmi masa keçirilib.

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon MKS-nin Qımır və Çobankol kənd kitabxana filiallarının birgə təşkilatçılığı ilə “Aşıq Ələsgər möcüzəsi” adlı videokonfrans keçirilib.

Balakən rayon Uşaq musiqi məktəbinin şagirdləri Sənan Qanzayev və Kənan Gondolov zərb çalğı alətlərinin müxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin IV Respublika müsabiqəsində 7-11 yaş qrupu üzrə III yerə layiq görülüblər. Balakən rayon Tülü kənd Folklor evinin təşkilatçılığı ilə “Ən ülvi duyğudur Vətən sevgisi” adlı diskussiya keçirilib.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov idarənin Astara rayonu üzrə nümayəndəliyində mədəniyyət müəssisələrinin rəhbərləri ilə müşavirə keçirib.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində istedadlı gənc Günay Canıyevanın “Şəhidim” adlı klipinin təqdimatı reallaşıb.

Astara rayon Heydər Əliyev Mərkəzi, rayon Tarix-Diyarşünaslıq Muzeyi və Astara şəhər 1 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Azərbaycan xalçaçılığı: keçmişdən gələcəyə” mövzusunda onlayn tədbir keçirilib.