Bakı şəhərində bəstəkar Tofiq Quliyevin abidəsi ucaldılacaq. Prezident İlham Əliyev mayın 20-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncam görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Ələkbər oğlu Quliyevin (1917-2000) xatirəsinin əbədiləşdirilməsi məqsədilə imzalanıb.

Sərəncamda Bakı Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Tofiq Quliyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.