Mayın 18-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı – Qara Qarayevin Ev-Muzeyində “Nizaminin qəzəlləri musiqidə" adlı konsert keçirilib. Tədbir Beynəlxalq Muzeylər Gününə həsr edilib.

Əvvəlcə muzeyin direktor müavini Təranə Zeynalova çıxış edərək konsert iştirakçılarını salamlayıb.

Sonra musiqi proqramı təqdim olunub.

Konsertdə Üzeyir Hacıbəyli adına Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Konsertmeyster ustalığı kafedrasının dosenti Gülnarə Əhmədzadənin tələbələri (fortepiano) – Jalə İslamova, Ülkər Məmmədova (II kurs), Rəhimə Əhmədova (III kurs), Rəhimə Qurbanova (magistr, I kurs) və BMA-nın müəllimi Güllübəyim Məmmədovanın (vokal) ifalarında Fikrət Əmirov, Cahangir Cahangirov, Ağabacı Rzayeva, Sevda İbrahimovanın Nizami Gəncəvinin qəzəllərinə yazılmış əsərləri səslənib.