Azərbaycan Dövlət Tərcümə Mərkəzi “Qədim Azərbaycan şəhəri necə Ermənistanın paytaxtı oldu” adlı sənədli videoçarx hazırlayıb.

Videomaterialda bu gün Ermənistanın paytaxtı kimi tanınan Azərbaycanın qədim İrəvan şəhərinin tarixindən – 1827-ci ildə bu əraziyə köçürülmüş ermənilərin çar Rusiyası hərbi birləşmələrinin köməyi ilə yerli azərbaycanlı əhalini buradan sıxışdırıb çıxarmasından söz açılır.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə Azərbaycan, ingilis və rus dillərində yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə də göndərilib.