Biləsuvar Regional Mədəniyyət İdarəsinin elan etdiyi “Nizami Gəncəvi yaradıcılığı gənc rəssamların fırçasında” adlı rəsm müsabiqəsi sona çatıb.

Salyan Dövlət Rəsm Qalereyasında keçirilmiş müsabiqədə regional idarənin əhatə etdiyi uşaq incəsənət məktəblərinin şagirdləri və mədəniyyət müəssisələrindəki rəsm dərnəklərindən ümumilikdə 34 iştirakçı öz istedadını nümayiş etdirib.

İştirakçılar üç saat müddətində canlı olaraq portret və illüstrasiya janrlarında əsərlər çəkiblər. Əsərlərdə əsasən karandaş və sulu boya (akvarel) kimi texniki vasitələrə üstünlük verilib. 

Qaliblərə fəxri fərman və hədiyyələr təqdim edilib. Mükafatlandırma mərasimində Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov, mədəniyyət müəssisələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.