Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Bravo” marketlər şəbəkəsinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “AXIN” rəssamlara dəstək yarmarkası keçirilir.

Yarmarka Bakı Metropoliteninin “Koroğlu” stansiyasının yaxınlığında yerləşən “Bravo” hipermarketində təşkil olunub. Burada Azərbaycan Dövlət Rəsm Qalereyasının “AXIN” qrupu rəssamlarının kiçikölçülü rəngkarlıq, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət nümunələrini əldə etmək olar.

Yarmarkada həmçinin müxtəlif əyləncəli və öyrədici təsviri sənət mövzulu aksiyalar da (canlı naturadan karikatura və portret çəkilişi, ebru sənəti üzrə ustad dərsləri, müxtəlif vorkşoplar və s.) görmək mümkündür.

Rəssamlara dəstək məqsədilə keçirilən yarmarka mayın 29-dək davam edəcək.