Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən tanınmış tarixçi alim, Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərovun həyat və fəaliyyətini əks etdirən virtual sərgi hazırlanıb.

“Professor Anar İsgəndərov” adlı virtual sərgidə alimin müəllifi, tərtibçisi, redaktoru olduğu kitablar, müsahibələri, məqalələri, mükafatları və fotolar nümayiş olunur.

Bu il tarix elmləri doktoru Anar İsgəndərovun 65 yaşı tamam olub. O, tariximizin  Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlı bir çox tədqiqatların, türk-müsəlman soyqırımı ilə bağlı araşdırmaların – ümumilikdə 200-ə qədər elmi məqalənin, 2 monoqrafiyanın, 2 kitabın müəllifidir.

Alim 2016-cı ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə  3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 2018-ci ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı, 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Professor_Anar_Isgenderov/index.html