Mayın 24-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib. İclasda televiziya və radio yayımı sahəsində mövcud vəziyyət müzakirə olunub.

Milli Televiziya və Radio Şurası “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq kanala ümumrespublika yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli lisenziyanın qüvvəsinə xitam verilməsi və “Lider TV və Radio-Azərbaycan” MMC-nin televiziya və radio yayımının 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edib.

İclasda, həmçinin “Kaspi Global” MMC-nin (“Dalğa TV”) peyk televiziya yayımının ardıcıl olaraq 30 gündən artıq müddətdə həyata keçirilmədiyi, “Mingəçevir” Televiziya və Radio Şirkətinin (Mingəçevir TV) və “Alternativ Teleradio” MMC-nin (ARB Ulduz TV) regional televiziya yayımının bir il ərzində 60 gün əsassız həyata keçirilmədiyi nəzərə alınaraq, televiziya yayımçılarının lisenziyalarına xitam verilməsi barədə müvafiq qərarlar qəbul edilib.