F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi metodika şöbəsi “Azərbaycan və dünya poeziyasının qiymətli incisi – Nizami Gəncəvi” adlı metodik vəsaiti istifadəçilərə təqdim edib.

Vəsait iki hissədən ibarətdir.  “Bədii sözün tanrısı” adlı birinci hissə  şairin həyat və yaradıcılığından bəhs edir. “Kamillik zirvəsində dayanan dahi – Nizami Gəncəvi” adlanan II hissədə isə şairin irsini oxuculara daha ətraflı çatdırmaq məqsədilə kitabxanalarda təşkil olunacaq tədbirlərin ssenarisi verilib.

Vəsaitdə Mədəniyyət Nazirliyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə  “Bərpanəşr” layihəsi çərçivəsində uşaqlar üçün nəşr olunan “Xeyir və Şər”, “Simnar”, “Şah və xidmətçi”, “İsgəndərin Bərdəyə gəlməsi və Nüşabə  ilə görüşməsi”, “Türküstan gözəlinin hekayəti”, “Fitnə”, “İlin fəsilləri”, “Kərpickəsən”, “Fitnə və Bəhram şah”, ”Məğrib gözəlinin hekayəti”, ”Xarəzm gözəlinin hekayəti” və s. elektron kitablar, görkəmli şəxsiyyətlərin Nizami ilə bağlı fikirləri, Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı da yer alır.

Metodik vəsait rayon-şəhər mərkəzi kitabxanalarının uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulub.

Aşağıdakı link vasitəsi ilə metodik vəsaitlə yaxından tanış ola bilərsiniz: https://www.clb.az/azrbaycan-v-dnya-poeziyasnn-qiymtli-incisi-nizami-gncvi_d3173.html