Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Kürdəmir Dövlət Rəsm Qalereyasında “28 May – Respublika Günü” adlı rəsm sərgisi keçirilib.
Regional idarənin rəis müavini Vaqif Alıyev çıxış edərək idarənin rəisi Faiq Xudanlının bayram təbriklərini iştirakçılara çatdırıb. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə görülən işlərdən, Azərbaycanın müstəqillik illərində keçdiyi yoldan, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Xalq Cümhuriyyətinin yubileyləri ilə bağlı sərəncamlarından söhbət açıb.
Regional idarənin Xocavənd rayonu üzrə baş məsləhətçisi Ramil Əhmədov Cümhuriyyətin Azərbaycanın dövlətçilik tarixində yerindən bəhs edib, builki Respublika Gününün xüsusilə əlamətdar olduğunu bildirib. Vurğulayıb ki, doğma Qarabağımızın Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz tərəfindən işğaldan azad edilməsi bu tarixi günə xüsusi məna qatır.
Çıxışlardan sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.