Xəbər verdiyimiz kimi, məşhur xoreoqraf soydaşımız, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, Sankt-Peterburq Mariinski Teatrı Primorsk səhnəsinin baş baletmeysteri Eldar Əliyev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı rəhbərliyinin dəvəti ilə Bakıda səfərdədir.

Mədəniyyət naziri Anar Kərimov iyunun 14-də görkəmli sənətkar Eldar Əliyevlə görüşüb.

Görüş zamanı ölkəmizdə xoreoqrafiya sahəsinin inkişaf perspektivləri müzakirə olunub, gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Eldar Əliyev gələcəkdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində P.İ.Çaykovskinin “Yatmış gözəl”, Q.Qarayevin “İldırımlı yollarla” baletləri və digər əsərlərin səhnələşdirilməsi işini özü üçün şərəf hesab etdiyini bildirib.

Nazir xoreoqraf soydaşımızla əməkdaşlığın Azərbaycan mədəniyyətinin inkişafına töhfə olacağını deyib, sənətkara yaradıcılıq uğurları arzulayıb.