İyunun 17-də Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Fidel Koloma Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub.

Tərcümə Mərkəzindən bildirilib ki, görüş zamanı mərkəz tərəfindən müxtəlif illərdə Azərbaycan dilində ərsəyə gətirilmiş Çili ədəbiyyatı nümunələri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan–Çili ədəbiyyatlararası əlaqələrin genişləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib.

Fidel Koloma deyib: “Çili ədəbiyyatının parlaq siması Pablo Nerudanın, eləcə də digər Çili şair və yazıçılarının yaradıcılığının mərkəz tərəfindən, artıq 90-cı illərdən Azərbaycanda işıqlandırılmasını yüksək dəyərləndiririk. Azərbaycan ədəbiyyatının Çilidə və digər Latın Amerikası ölkələrində yayımlanması işinə də xüsusi önəm veririk. Bu işi Azərbaycan Dövlət Tərcümə Mərkəz ilə Çilinin müvafiq strukturları və təşkilatlarının birgə əməkdaşlığı çərçivəsində davam etdirmək niyyətindəyik. Çili Xarici İşlər Nazirliyinin mədəni əməkdaşıq məsələlərilə məşğul olan şöbəsinin də bu layihələrə cəlb edilməsini vacib bilirik”.

Görüşün sonunda qonağa Pablo Nerudanın “Ümidsizlik nəğməsi” kitabı təqdim edilib.