İyunun 19-da saat 15:00-da “İWS Azerbaijan” – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi və Xətai Sənət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xətai Akvarel Qalereyası tərəfindən akvarel (suluboya) vorkşopu keçiriləcək.

Tədbirin keçirilməsində məqsəd suluboya üzrə işləyən rəssamların yaradıcı ünsiyyətini, təcrübəsini, bilik mübadiləsini və texnika incəlikləri ilə bir-biri ilə bölüşməkdir.

Xətai Akvarel Qalereyasında gerçəkləşəcək vorkşop zamanı hər kəs əsər üzərində çalışan rəssamların iş prosesini seyr edə, suallar verib texnika ilə tanış ola bilər.

Qeyd edək ki, Xətai Akvarel Qalereyası “İWS Azerbaijan” şəbəkəsinin üzvüdür.