Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Facebook” sosial şəbəkəsində yaradılan “Kitabsevər usaqlar” səhifəsinin iştirakçılarındandır. “Kitabsevər uşaqlar” “Facebook” səhifəsinin beş yaşı tamam olub.

“Facebook”da “Kitabsevər usaqlar” səhifəsi 2016-cı ildə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Layihənin rəhbəri və ideya müəllifi Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova, səhifənin icraçısı (admini) Qax rayon MKS-nin şöbə müdiri Əsli İbrahimovadır.

Səhifə valideynlərə övladlarının mütaliəyə həvəsini  və kitaba olan marağını artırmağa, səhifə vasitəsi ilə daha çox biliklər əldə etməyə, onların dünya görüşlərini artırmağa kömək etmək məqsədini daşıyır.

Səhifədə vətənpərvərlik, Birinci və İkinci Qarabağ müharibələri, şəhidlərimiz və qazilərimiz haqqında paylaşımlara xüsusi diqqət yetirilir.

Səhifədə Azərbaycanın görkəmli şair və yazıçıları haqqında məlumat və yaradıcılıqlarından nümunələr  paylaşılır.

2021-ci il iyun ayının məlumatına görə, “Kitabsevər uşaqlar” səhifəsi  11 885 nəfər tərəfindən bəyənilib, səhifənin  12 095 izləyicisi var.

“Kitabsevər uşaqlar” “Facebook” səhifəsi haqqında məlumat aşağıdakı keçiddə:

http://yasamal.cls.az/front/files/libraries/81/documents/183924543.pdf