Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinin və Zaur İmanov adına Zəngişalı kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “Siz can verdiniz ki, bizlər yaşayaq” adlı onlayn görüş gerçəkləşib. Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı tədbir keçirilib.

Kürdəmir Regional Mədəniyyət İdarəsi Xocavənd rayon Mədəniyyət evinin əməkdaşları Xocavənd qəsəbəsində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsi Sumqayıt şəhəri Səid Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbinin kollektivi Vətən müharibəsi şəhidi İbrahim Məmmədovun ailəsinə baş çəkib.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova və mədəniyyət işçiləri Vətən müharibəsi şəhidi Vüsal Hüseynovun doğum günündə məzarını ziyarət edərək xatirəsini ehtiramla anıblar.

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrında Vətən müharibəsi şəhidi Masim Qurbanovun xatirəsinə ithaf olunmuş tamaşa-kompozisiya oynanılıb. Yazıçı-publisist Nurəddin Ədiloğlunun şəhidlə bağlı yazıları əsasında hazırlanmış “Qanlı təpə” adlı kompozisiyada rolları teatrın aktyorları və Masallı Dövlət Regional Kollecinin tələbələri ifa ediblər. Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Cəlilabad rayonundakı mədəniyyət müəssisələri rəhbərlərinin iştirakı ilə Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev ziyarət olunub.

Sabirabad Regional Mədəniyyət İdarəsinin əməkdaşları və mədəniyyət könüllüləri Vətən müharibəsi şəhidi Sabir İsmayılovun doğum günündə məzarını ziyarət ediblər.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Aşağı Xuc kənd kitabxana filialının əməkdaşları Vətən müharibəsi qazisi Turan Quliyevlə görüşüblər.

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa Dövlət Rəsm Qalereyasında Milli Qəhrəman Mübariz İbrahimovun anım günü münasibətilə rəsm dərnəyi şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil olunub.

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev və idarənin əməkdaşları Vətən müharibəsi şəhidləri İlkin Ağakişiyev və Fuad Xankişiyevin ailəsinə baş çəkiblər. Yevlax şəhər MKS-nin kənd kitabxana filialları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü ilə əlaqədar videoçarxlar hazırlayıblar.

Şəki Regional Mədəniyyət İdarəsi Qax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları II Qarabağ müharibəsi şəhidi Rəvan Bünyadlının ailəsini ziyarət edib, maddi və mənəvi dəstək göstəriblər. Qax rayon Mərkəzi kitabxanası Milli Qəhrəman Cavanşir Rəhimovun anası ilə görüş təşkil edib. Zaqatala rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qazisi Elxan Arasov ilə görüş keçirilib. Oğuz rayon MKS-nin Kərimli kənd kitabxanasının təşkilatçılığı ilə kənd tam orta məktəbində Mübariz İbrahimovun anım gününə həsr edilmiş “Əfsanəvi qəhrəman” adlı kompozisiya təqdim olunub.

Gəncə Regional Mədəniyyət İdarəsi, Göygöl Rayon Gənclər və İdman İdarəsi və Göygöl Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Gəncə və Göygöldən 67 ailədən olan 118 şəhid övladına həsr olunmuş “Qəhrəman övladları” adlı idman festivalı keçirilib.

NURƏDDİN