Bölgələrdə yaşayıb-yaradan rəssamlarla əməkdaşlığı genişləndirmək məqsədilə Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən həyata keçirilən layihə çərçivəsində Ağdaş rəssamları ilə onlayn görüş olacaq.

Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımovun iştirakı ilə keçiriləcək görüş bölgələrdə yaşayıb-yaradan rəssamların əlaqələr şəbəkəsini inkişaf etdirmək, onların tanınması və yaradıcılıq mübadiləsi üçün əlavə zəmin yaratmaq məqsədi daşıyır. Rəssamların mədəniyyət müəssisələri (qalereyalar, muzeylər və s.) ilə əlaqələrini sıxlaşdırılması və regionlarda rəssamlıq işinin keyfiyyətini artırılması layihənin əsas hədəfləridir.

“Zoom” proqramı vasitəsilə baş tutacaq görüşdə iştirak etmək üçün Ağdaş rəssamlarının öz bioqrafiyalarını, əlaqə nömrələrini, əvvəlki təcrübələri və cari fəaliyyətləri haqqında məlumatları qalereyas@bk.ru ünvanına göndərmələri xahiş edilir.

Əlavə məlumat üçün 077-717-33-37 nömrəsi ilə əlaqə saxlamaq olar. Qeydiyyat bitdikdən sonra onlayn görüşün günü və vaxtı elan olunacaq.