Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Elnur Əliyev və nazirliyin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova iyunun 24-də ölkədə fəaliyyət göstərən teatr müəssisələrinin rəhbərləri ilə görüşüblər.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında keçirilən görüşdə öncə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən, Qələbəyə aparan yoldan bəhs olunub.
Görüş mədəniyyət, xüsusilə teatr sahəsində mövcud problemlərin müzakirəsi ilə davam edib. Bu sahədə həyata keçirilən islahatlar ətrafında fikir mübadiləsi aparılıb.
Sonda müəssisə rəhbərlərinə qısa zamanda teatr sahəsində mövcud olan problemlərin həlli istiqamətində təkliflərin hazırlanaraq nazirliyə təqdim edilməsi tapşırılıb.