Salvador Respublikasının “Literatura y poesía” (“Ədəbiyyat və poeziya”), Meksikanın “Más Literatura” (“Daha çox ədəbiyyat”) ədəbiyyat portallarının  “Facebook” səhifələri Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin hikmətli kəlamlarının yayımına başlayıb.

Portallarda mütəfəkkir şairin ümumbəşəri dəyərləri əks etdirən müdrik sözləri, cəsarət, dostluq, xeyirxahlıq, zülm və ədalət haqqında kəlamları oxuculara təqdim edilir.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, Nizami Gəncəvinin 880 illik yubileyinə töhfə olaraq hazırlanmış materialı ispan dilinə mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva tərcümə edib.