Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Avto FM”in dəstəyi, “AzerNyuMedia”nın təqdimatında yayımlanan “Cinema Radio” kanalı Mətbuat Şurasına üzv qəbul edilib.

“Özgə cinema”, “Doğma cinema”, “Dost cinema” və “Fakt cinema” adlı dörd əsas rubrika üzrə yayımlanan radio kanalı hər həftənin şənbə günü saat 15:00-dan 16:00-dək (təkrarı bazar günü saat 11:00-da) dinləyicilərin görüşünə gəlir.

Qeyd edək ki, 2019-cu ilin 20 iyul tarixindən efirə çıxan layihənin indiyədək 100-dən çox kinematoqrafçı qonaq olub. Efirdə ölkəmizdə və dünya kino aləmində baş verən yeniliklə diqqət mərkəzinə çəkilir, müqayisəli şəkildə təhlil edilir və dinləyicilər tərəfindən maraqla qarşılanır.