Ev-muzeylərinə virtual ekskursiyalar təşkil olunur

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası ümumi təhsil müəssisələrində “yay məktəbi”nin fəaliyyəti ilə əlaqədar Bakı şəhəri üzrə fəaliyyət göstərən ev-muzeylərinə məktəblilər üçün virtual ekskursiyalar təşkil edib.

“Yay məktəbi”nin əsas məqsədi şagirdlərin zəruri bilik və bacarıqlarını möhkəmləndirmək, hərtərəfli dünyagörüşlərinin artırmasını təmin etməklə uşaqlara mədəni xidmət göstərməkdir.

Budəfəki ekskursiyada məktəblilər Xalq şairi Səməd Vurğunun və görkəmli yazıçı-dramaturq, publisist, naşir Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyləri ilə tanış olublar.

“Zoom” platforması üzərindən reallaşan virtual ekskursiyaya Bakı şəhəri üzrə müxtəlif məktəblərin şagirdləri qatılıb.

Məktəblilərə bələdçilər tərəfindən muzeylərdəki eksponatlar haqqında ətraflı məlumat verilib.

Virtual ekskursiyalar şagirdlər tərəfindən maraqla qarşılanıb.