Bakı Dövlət Sirkinin orkestr heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümü münasibətilə iyunun 26-da paytaxtdakı Zabitlər bağında konsert proqramı ilə çıxış edib.

Qələbə sevincli bu bayramı paylaşmaq məqsədilə təqdim olunan konsertdə vətənpərvərlik ruhlu musiqi nömrələri səsləndirilib.

Orkestrin ifa etdiyi musiqilər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər qazanan Azərbaycan Ordusunun şücaətini, qüdrətini, qəhrəman əsgər və zabitlərimizin rəşadətini tərənnüm edib.