Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin “Əsgər marşı” əsəri Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə yeni aranjimanda təqdim olunub.

İdarədən bildirilib ki, Vətən müharibəsində şanlı Qələbəmizdən ruhlanaraq yenidən lentə alınan “Əsgər marşı” mahnısı Əvəz Muradov tərəfindən aranjiman edilib. 

Mahnı Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində fəaliyyət göstərən Dövlət Xor Kapellasının ifasında səslənib.

Cavanşir Quliyev “Əsgər marşı”nı 1992-ci ildə bəstələyib.