Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Mərkəzi kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru, şair-publisist Rəşad Məcidlə görüş keçirilib. Görüş regional mədəniyyət idarəsinin dəstəyi ilə yaradılan “Kür” ədəbi məclisi tərəfindən təşkil olunub.

Rəşad Məcid “Kür” ədəbi məclisi üzvlərinin şeirlərini dinləyib, mədəniyyət işçilərinin, oxucuların suallarını cavablandırıb. O, regionda yaşayan gənc yazarlara öz ədəbiyyat yolundan söhbət açaraq yaradıcılıqda istedadla yanaşı zəhmətin, mütaliənin rolunu vurğulayıb.

Rəşad Məcid gənc yazarların gələcək ədəbi istiqamətlərinə dair tövsiyələrini bölüşüb, həmçinin müəllif oxuculara və kitabxanaya müxtəlif kitablar hədiyyə edib.