Respublika Gənclər Kitabxanası pandemiya şəraitində virtual rejimdə də olsa, daim oxucuların yanında olmağa çalışır, sosial şəbəkələr vasitəsilə maraqlı layihələr təqdim edir.

“Kitabxanaçı məsləhət edir” rubrikasında 100-dən çox kitaba tanıtım videoçarxları (buktreyler) hazırlanaraq paylaşılıb. Kitabxananın fonduna daxil olan kitablar mütəmadi olaraq videoçəkiliş vasitəsilə oxuculara təqdim olunur.

Respublika Gənclər Kitabxanasının "Mütaliə edək. Dinləyək. Tanıyaq", “Dünya ənənələri – ənənələr dünyası”, “Dünya muzeylərini tanı”, “Tariximizin qəhrəmanlıq imzası” və s. aksiyaları da maraqla qarşılanır.

Kitabxananın sosial şəbəkə səhifələri eyni zamanda izləyicilərimizin özünüifadə meydanıdır. “İzləyicidən gələnlər” silsiləsi gənc, istedadlı, kreativ oxuculara həsr edilib və burada onlardan gələn videolar yerləşdirilir.

Yeni paylaşımlarla tanış olmaq istəyən izləyicilər aşağıdakı linklərdən yararlana bilərlər:

https://www.instagram.com/tv/CJ8HV4sh7bm/

https://www.instagram.com/tv/CQdMmXNB3m4/

https://www.instagram.com/tv/CQaj-kLBJmi/

https://www.instagram.com/tv/CQYBSQshpM0/

https://www.instagram.com/tv/CO8TemMBPvB/