Omanın "poetsgate.com" ədəbiyyat portalında Azərbaycanın Xalq şairi Ramiz Rövşənin ərəb dilinə tərcümə edilmiş "Qara paltarlı qadın" şeiri dərc olunub və şairin yaradıcılığı haqqında məlumat verilib.

Ramiz Rövşənin məşhur şeirinin Oman portalında yayımlanması Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində reallaşıb.

Şeiri ərəb dilinə Fərid Camalov tərcümə edib.