İçərişəhərdəki Bakı Fotoqrafiya Evi tarixi foto həvəskarlarını İordaniya dövlətinin yaradılmasının 100 illiyinə həsr olunan “Əmman, 100 illik yürüş” adlı fotosərgiyə dəvət edir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, iyunun 30-da açılışı olacaq sərgi İordaniya Haşimilər Krallığının Azərbaycandakı Səfirliyi və “İçərişəhər” İncəsənət Muzeyi tərəfindən təşkil edilib.

İyulun 4-dək davam edəcək sərgidə Əmman şəhərinin yüz ildən bəri tarixi inkişafını tərənnüm edən 40 ədəd fotoşəkil nümayiş olunacaq. Sərgidə həmçinin İordaniya paytaxtının bir çox fərqli memarlıq və tarixi abidələrinin əks olunduğu fotolar da təqdim ediləcək.