Başqırdıstanda iyul ayında keçiriləcək VI Dünya Folkloriadasına hazırlıqlar sona çatmaq üzrədir. Ufadakı “Agidel” bədii sənət müəssisəsi beynəlxalq tədbir üçün başqırd milli geyimində matryoşkalar istehsal edib. Əl ilə boyanmış təxminən iki min oyuncaq iştirakçılara suvenir olaraq hədiyyə ediləcək. Matryoşkalar təkcə başqırd milli libaslarında deyil, həm də epos qəhrəmanları, məşhur pəhləvanların obrazında da bəzədilir.
Milli başqırd geyimli matryoşka ideyası təsadüfən yaranmayıb. Rusiyanın ən tanınan simvollarından olan bu iç-içə qablama taxta oyuncaq insanların estetik ideallarını və mənəvi aləmini əks etdirən, həm də mədəni-maarifçi funksiyaya malik rəmzi məna daşıyır. “Agidel”in əməkdaşları bu layihəyə başlamazdan əvvəl bölgələrə səfərə çıxmış, etnoqraflarla məsləhətləşmiş, elmi ədəbiyyata müraciət etmişlər.
Etnodizayner Mira Davletova deyib: “Matryoşkalar milli başqırd geyimlərinin nə qədər müxtəlif olduğuna əyani nümunədir. Bölgələrə görə təqribi yeddi geyim kompleksi mövcuddur. Belə milli və tarixən formalaşmış geyimləri öyrənmək üçün xeyli rayonu gəzməli olduq”.
GÜLCAHAN