Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı rəsm müsabiqəsi elan edib.

“Nizami Gəncəvi İli” çərçivəsində elan olunan müsabiqəyə Nizami Gəncəviyə və onun əsərlərinə həsr olunan  rəsm əsərləri qəbul olunur. Qaliblər səfirlik tərəfindən diplom və hədiyyələrlə, qalan müsabiqə iştirakçıları sertifikatla təltif olunacaqlar.

Səfirlikdən bildirilib ki, müsabiqədə 15 yaşdan yuxarı Gürcüstan vətəndaşları iştirak edə bilərlər. Nəticələr iyulun 6-da açıqlanacaq.

İştirak etmək istəyən şəxslərdən mövzu üzrə rəsm əsərlərini iyulun 4-dək səfirliyə (Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4) təqdim edə bilərlər.

Ətraflı məlumat üçün səfirliyin (+995 32) 224-30-04 nömrəli telefonu ilə əlaqə saxlamaq olar.