Mədəniyyət Nazirliyi və Azərbaycan Gənclər Fondunun “GəncApp” mobil tətbiqi üzərindən təşkil etdiyi “Sirlər xəzinəsi” intellektual müsabiqəsinin iyun ayı üzrə qalibləri bəlli olub.

Müsabiqənin budəfəki qalibləri Orxan Kərimli (31 xal), Tahir Süleymanov (27 xal) və Aişənur İsmayılova (16 xal) olub. Qalibləri dəyərli hədiyyələr gözləyir.

Xatırladaq ki, bu ilin sonunadək davam edəcək müsabiqənin şərtləri çox sadədir:

  • “GəncAPP” mobil tətbiqini yükləmək;
  • Sualı təqdim edildiyi vaxtdan 60 dəqiqə müddətində cavablandırmaq.

Müsabiqədə 16-29 yaş arası gənclər iştirak edə bilər.

Yarışın və qazanın!