İyunun 30-da Sankt-Peterburqun (Rusiya) V.Mayakovski adına Mərkəzi kütləvi şəhər kitabxanasında yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli ilə onlayn görüş keçirilib.

Bu barədə məlumatı Sankt-Peterburqda yaşayan şərqşünas-türkoloq, yazıçı, layihənin Azərbaycan üzrə əlaqələndiricisi Şahnaz Kamal verib.

“Oxuyan Peterburq” layihəsi çərçivəsində baş tutan tədbirə Rusiyanın müxtəlif şəhərlərindən, Türkiyə və Azərbaycandan iştirakçılar qatılıb.

Söhbət Elçin Hüseynbəylinin “Oxuyan Peterburq” müsabiqəsinə təqdim olunmuş “Шаги командора, или 141-й Дон Жуан” (“141-ci Don Juan”) əsəri və yazıçının yaradıcılığı üzərində qurulub.

İki saata yaxın davam edən görüşdə yazıçı həyat və yaradıcılığı ilə bağlı oxucuların və ədəbiyyat mütəxəssislərinin çoxsaylı suallarına cavab verib.

Qeyd edək ki, “Oxuyan Peterburq: ən yaxşı əcnəbi yazıçını seçirik” müsabiqəsinin əsası 2009-cu ildə qoyulub. Müsabiqə iki nominasiyada – “Əsərləri rus dilində nəşr olunmamış ən yaxşı əcnəbi yazıçı” və “Əsərləri rus dilinə tərcümə olunmuş ən yaxşı əcnəbi yazıçı” nominasiyalarında keçirilir.

Müsabiqənin linki: https://pl.spb.ru/lib/projects/pages/readers-2021/