XX əsrdə millətimizin istiqlal - özünüdərk mücadiləsi Azərbaycan poeziyasının imkanlarını və gücünü də ortaya qoydu. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri,   ürəyi Vətən sevdalı, Sabir Rüstəmxanlı da bu ağır, sevda Yolu-nun yolçusu oldu. Bu il Xalq şairi Sabir Rüstəmxanlının 75 yaşı tamam olur.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının anadan olmasının 75 illiyi münasibətilə elektron məlumat bazası hazırlayıb.

Elektron bazada Sabir Rüstəmxanlının həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti, kitabları, dövri nəşrlərdə çıxan əsərləri, tərcümələri, başqa dillərdə nəşr olunan əsərləri və s. yer alıb. Elektron resursda təqdim olunan 192 ədəbiyyatın 112-si kitab,  70-i dövri mətbuatda çıxan məqalələrdir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi Xalq şairinə bundan sonra da yeni-yeni yaradıcılıq uğurlarına imza atmağı arzu edir.

“Sabir Rüstəmxanlı – 75” adlı elektron baza Respublika Gənclər Kitabxanasının saytında yerləşdirilib: http://ryl.az/sabir_rustemxanli_el_melumat_bazasi/index.html