Akvarel sərgisində əsərləri nümayiş olunacaq rəssamlar müəyyənləşib

 

Beynəlxalq Sulu boya Cəmiyyətinin (İWS Globe) Azərbaycandakı nümayəndəliyi olan “İWS Azerbaijan”ın və Xətai Sənət Mərkəzinin nəzdində açılmış “İWS Baku Khatai Art Gallery”nin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə keçiriləcək “Su və rəng ahəngi –2021” akvarel sərgisində iştirak edəcək rəssamlar müəyyənləşib.

Xətai Sənət Mərkəzindən bildirilib ki, sərgidə iştirak etmək üçün 100-dən çox müraciət qeydə alınıb. Onların arasından “İWS Azerbaijan” akvarel cəmiyyətinin bədii şurası tərəfindən 51 iştirakçı müəyyən edilib. Seçilmiş rəssamlar iyulun 10-dək əsərlərini çərçivələnmiş vəziyyətdə Xətai Sənət Mərkəzinə təqdim etməlidirlər.

“Su və rəng ahəngi” sərgisi iyulun 15-də Xətai Sənət Mərkəzində təşkil olunacaq.