Heydər Əliyev Fondu tərəfindən Şuşada dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq.

Fonddan verilən məlumata görə, abidə Şuşa şəhərinin işğalı zamanı ermənilər tərəfindən dağıdılan heykəlin yerində qoyulacaq.

Qeyd edək ki, hazırda Bakıda emalatxanada heykəlin hazırlanması prosesi gedir. Heydər Əliyev Fondu heykəlin hazırlanması ilə bağlı video paylaşıb.