İstismar dövrü başa çatmış binalar sökülür

 

Şuşa şəhərində həyata keçirilən bərpa və quruculuq işləri çərçivəsində sovet dövründə inşa olunmuş, şəhərin tarixi memarlıq üslubu ilə uzlaşmayan, üstəlik istismar müddəti başa çatan bir sıra yaşayış binaları sökülür.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Şuşa şəhərində hansı binaların söküldüyünü açıqlayıb.

Komitədən açıqlanan məlumatlarda bildirilir ki, şəhərdə 6 yaşayış binası sökülüb. Sökülən binalar şəhərin Vaqif Cəfərov küçəsində (4 beşmərtəbəli bina), A.Qaraşarov küçəsində (1 beşmərtəbəli bina) və Ə.Haqverdiyev küçəsində (1 dördmərtəbəli bina) yerləşib.