Rusiyanın Soçi şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının “Qara dəniz bölgəsində kurort və turizm infrastrukturunun inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilir.
Bakı Turizm İnformasiya Mərkəzinin turizm üzrə baş mütəxəssisi Bəxtiyar Qılıncovun qəzetimizə verdiyi məlumata görə, konfransda Qara dəniz bölgəsində turizmin inkişafı, turizmdə dövlət-özəl sektor tərəfdaşlığı, turizmin inkişafında regional təcrübə məsələləri müzakirə olunur.
Azərbaycanı tədbirdə Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev təmsil edir. Toplantı oktyabrın 8-nə qədər davam edəcək.
Fəxriyyə