İyul ayı ərzində həftədə bir dəfə Azərbaycan Milli Xalça Muzeyini ödənişsiz ziyarət etmək mümkündür. Muzey hər həftənin IV günü saat 18:30-da yeni eksponatlarını görmək istəyənlər üçün ödənişsiz giriş və bələdçi xidməti aksiyası keçirir.

Muzeydən bildirilib ki, aksiyaya qoşulmaq istəyənlər hər həftənin 3-cü günü saat 17:00-dək https://forms.gle/Pv7yQFPXVqnLqzmk6  linkindən qeydiyyatdan keçməlidirlər.

Karantin qaydalarına əsasən, ekskursiya 10 nəfərlik qruplarla təşkil olunacaq.