Şəhidlər unudulmur. Bu adi söz deyil. Unudulmaz, çünki Vətən, torpaq uğrunda döyüşə atılan igidlər canını məhz bu müqəddəs amal yolunda itiriblər. Onların fədakarlıqlarını şahidlər yaddan çıxarmaz, Vətən unutmaz. Yurdun düşməndən, yad ünsürlərdən qorunması üçün can qoyanın canı, qanı yadlaşa bilməz. Şəhidlər unudulmaz. Çünki o, sadəcə, ölüm deyil, bir evin itkisi deyil. Bir elin yanğısıdır, bir elin yarasıdır...

Gədəbəy Aşıq Məktəbində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş gədəbəyli qəhrəman oğulların əziz xatirəsinə həsr edilmiş “Unudulmurlar” adlı guşə yaradılıb. Guşədə şəhidlərin doğulduğu yaşayış məntəqəsi, keçdiyi döyüş yolu və s. barədə qısa bilgi verilir.

Məktəbin “Unudulmurlar...” guşəsi təhsil ocağının müəllim və şagird kollektivi ilə yanaşı, məktəbin qonaqlarının da diqqət mərkəzində olur.