Vətən and yeri, qibləgahdır. Vətən ulularımızın əmanəti, əcdadlarımızın uyuduğu müqəddəs mirasdır. Vətən uğrunda canını fəda edən minlərlə qəhrəman oğullar uzun illərin həsrətinə son qoyaraq bizi doğma Qarabağımıza qovuşdurdular. Xalqımız öz qəhrəmanlarını heç vaxt unudulmayacaq.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Qanım bayrağımdadır” adlı yeni virtual aksiyası da məhz bu amala xidmət edir. Kitabxananın əməkdaşları tərəfindən layihə çərçivəsində 44 günlük Vətən müharibəsində adını Azərbaycanın şanlı tarixinə yazan qəhrəman oğullar haqqında videomateriallar hazırlanaraq təqdim olunur. Layihənin məqsədi gənclərimizdə Vətənə sevgi, torpağa bağlılıq aşılamaq, ana yurd uğrunda canlarını fəda edən oğullarımız haqqında məlumatlılığı artırmaqdan ibarətdir.

Aksiya çərçivəsində şəhidlər Xudayar Yusifzadə, İsmayıl Qədirli, Seymur Cabbarov və başqaları haqqında silsilə videoçarxlar hazırlanıb. Videoçarxlarda qəhrəmanların həyatı, döyüş yolu və şəhidlik zirvələrinə ucalmaları haqqında geniş və təsirli dillə məlumat verilir. Bu materiallarla tanış olan oxucu, dinləyici qəhrəmanlarımızı “tanımadığı doğmaları” kimi qəbul edəcəklər. Materialların ərsəyə gəlməsinə saylı foto və videogörüntülərdən də istifadə olunub.

İstifadəçilər tərəfindən hazırlanan video materialların bəzilərinə aşağıdakı linklər vasitəsilə baxa bilərlər.

https://www.instagram.com/p/CRL8jf9lUGJ/

https://www.instagram.com/p/CRMENsTFT6D/

https://www.instagram.com/p/CRMD7dnlNcG/

https://www.youtube.com/watch?v=jS2YH4mtgtc