Azərbaycan Milli İncəsənət Muzeyi yenidən həftə sonları uşaqlar üçün ustad dərsləri keçirəcək.

Muzeydən bildirilib ki, dərslər “Bədii lövhələr” və “Milli motivlər” adlı iki fərqli proqram üzrə reallaşacaq.

İlk dəfə “Bədii lövhələr” adlı ustad dərsinin iştirakçıları görkəmli rəssam Tahir Salahovun muzeyin fondunda saxlanılan “Çiçəkləyən nar” tablosu ilə yaxından tanış olacaq və əsərin “step by step” (addım-addım) imitasiyasını yaratmaq fürsəti qazanacaqlar. Uşaqlar “Milli motivlər” adlı ustad dərsində iştirak edərək maddi mədəni irsimizə yaxından bələd olacaqlar.

Maarifləndirici və əyləncəli proqramlar uşaqların dünyagörüşü, zövqü və sənət duyumunu formalaşdırmaq məqsədi daşıyır.