Respublika Gənclər kitabxanası “Vətəni yaşadanlar” aksiyası çərçivəsində Milli Qəhrəmanlar və Vətən Müharibəsi Qəhrəmanları haqqında məlumat bülleteni hazırlayaraq oxuculara təqdim edir.

Kitabxananın növbəti məlumat bülleteni (2021, №7) I Qarabağ müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyü uğrunda böyük igidliklə vuruşaraq Milli Qəhrəman adına layiq görülmüş Kərimov Kərim Məhəmməd oğlunun anadan olmasının 50, Zülfüqarov Samir Xəlil oğlunun 45, Hüseynov Sadıq Dayandur oğlunun 60 illiyi  münasibətilə hazırlanıb.

Müharibəyədək fərqli tale yaşayan bu qəhrəmanların döyüş meydanında göstərdikləri qəhrəmanlıqları xalqımız heç vaxt unutmayacaq . Bülletendə qəhrəmanlar haqqında geniş məlumatlarla yanaşı, onlar haqqında söylənilən xatirələr, təltiflər, şəxsi həyatını və döyüş yolunu əks etdirən foto şəkillər, müxtəlif mətbuat orqanlarına, saytlara olan istinadlar da yer alıb.

İstifadəçilər sözügedən məlumat bülleteninə bu linki vasitəsilə baxa bilərlər:

http://ryl.az/files/qehremanlar_unudulmur.pdf