ASAN Radio və “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun birgə həyata keçirdiyi “Ədibin Evindən hekayələr” adlı media layihəsi davam edir.

Layihənin iyulun 13-də efirə gedən buraxılışında Xalq artisti, Azərbaycan Dövlət Radiosunun diktoru Eldost Bayram böyük ədib Cəfər Cabbarlının “Firuzə” hekayəsini qiraət edib.

“Ədibin Evindən hekayələr” media layihəsi rəqəmsal mühitdə gənc nəsli mütaliəyə həvəsləndirmək, klassiklərimizin qısa hekayə janrında ölməz əsərlərini tanıtmaq məqsədi güdür.

“Ədibin Evi” görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı ünvandır. 2017-ci ildə ev bərpa edilərək mədəniyyət ocağı kimi istifadəyə verilib.  2021-ci ildən “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu kimi fəaliyyət göstərir.

Kitab qədər sadiq dost yoxdur! Sizi “Ədibin Evindən hekayələr” layihəsini izləməklə yeni sadiq dostlar qazanmağa dəvət edirik.

Layihənin növbəti buraxılışı bu linkdə: https://www.facebook.com/ASANRadio/videos/509952750086953/