Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Heydər Əliyev Mərkəzi və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə keçirilən “Nizami Gəncəvi poemaları rəsmlərdə” mövzusunda onlayn rəsm müsabiqəsi başa çatıb.

“Nizami ili” çərçivəsində 1-9 iyul tarixində keçirilən müsabiqəyə yeniyetmə və gənclər dahi şairin əsərləri əsasında çəkdikləri 20-yə yaxın əl işini təqdim ediblər. Beş nəfərdən ibarət münsiflər heyəti I, II və III yerlər üzrə qalibləri müəyyənləşdirib.

İyulun 14-də Qazax rayon Heydər Əliyev Mərkəzində qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli, idarənin Qazax və Tovuz rayonu üzrə nümayəndələri Valeh Vəliyev, Adil Həsənov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov və Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilovanın iştirak etdiyi tədbirdə qaliblərə diplomlar təqdim olunub.

NURƏDDİN