Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın doqquz nəfərdən ibarət tərkibi müəyyənləşib. İyulun 16-da İctimai Şuraya seçkilərin ikinci mərhələsində səkkiz üzv seçilib.

“İctimai iştirakçılıq” haqqında Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnaməsinə uyğun olaraq, tələb olunan səs çoxluğunu toplamış namizədlər İctimai Şuranın üzvü seçiliblər.

Beləliklə, Mədəniyyət Nazirliyi yanında İctimai Şura aşağıdakı tərkibdə formalaşıb:

Abdulova Cəmilə Çingiz qızı - “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi

Qədirov Şahin Kərim oğlu - “Zirvə” Mədəniyyət və İncəsənət İctimai Birliyi

Mustafayeva Samirə Vəli qızı - “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi

Nəsibova Bəsti Mahmud qızı - “Gələcəyə baxış” Avropaya İnteqrasiya İctimai Birliyi

Rəhimli Davud Səid oğlu - “Əlil Təşkilatları İttifaqı”

Verdiyeva Bəyimxanım İsfəndiyar qızı - Xan Şuşinski Fondu

Yolçuyev Əkbər Mehdi oğlu - Dünya gənc türk yazarlar birliyi

Zeyni Rauf Xurşud oğlu - “Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu

Xatırladaq ki, iyulun 13-də Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin birinci mərhələsi keçirilmiş və tələb olunan səs çoxluğunu toplamış Əlibəyov Gəray Ayaz oğlu ("Mədəni İnkişaf Mərkəzi" İctimai Birliyi) İctimai Şuranın üzvü seçilmişdi.

Bununla da, keçirilən hər iki seçki nəticəsində Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya nəzərdə tutulan 9 üzv seçilmiş oldu.