AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyevanın “Azərbaycanca-uyğurca lüğət”i nəşr olunub.

AMEA-dan bildirilib ki, lüğət əsasən ümümişlək sözləri və müəyyən terminləri əhatə edir. Kitabda Azərbaycan dilində işlənən 4000-ə yaxın sözün qarşılığı verilib. Frazeoloji birləşmələr, atalar sözləri və məsəllərə də yer ayrılıb.

Qeyd edək ki, “Azərbaycanca-uyğurca lüğət” tanınmış türkoloq, professor Məhəbbət Mirzəliyevanın xatirəsinə ithaf olunub.

Azərbaycanda ilk dəfə hazırlanmış lüğət geniş oxucu kütləsi, xüsusən filoloq və türkoloqlar üçün nəzərdə tutulub.