Xalq artisti, tanınmış müğənni Səməd Səmədov 2021-ci il iyulun 24-də, ömrünün 75-ci ilində vəfat edib.

Səməd Səmədov 17 sentyabr 1946-cı ildə Türkmənistanın paytaxtı Aşqabadda anadan olub. 1948-ci ildə Aşqabad şəhərində baş verən zəlzələdən sonra ailəsi ilə birlikdə Bakıya köçüb.

Səməd Səmədov Bülbül adına Orta İxtisas Musiqi Məktəbini skripka sinfi üzrə bitirib. Sonra Asəf Zeynallı adına Musiqi Texnikumunda (nəzəriyyə sinfi) təhsil alıb. Müğənni daha çox toy və el şənliklərində populyar mahnıların ifaçısı kimi tanınmışdı.

Allah rəhmət eləsin.